RU

Ölkə stolüstü tennis çempionatı

Stolüstü tennis üzrə Azərbaycan çempionatı davam edir. “Şüa İdman Kompleksi”ndə təşkil olunan yarışa paytaxt Bakı ilə yanaşı, digər şəhər və rayonların təmsilçiləri də qatılıblar.

Azərbaycan Stolüstü Tennis Federasiyasından verilən məlumata görə, komanda, şəxsi, qoşa və qarışıq qoşa növləri üzrə keçirilən çempionatda idmançılar ilk olaraq komanda yarışlarında qüvvələrini sınayıblar. Kişilərin mübarizəsi Bakı-1 komandasının qələbəsi ilə başa çatıb. Bakı-2 2-ci, Bakı-3 və Şabran kollektivi 3-cü yeri tutub.

Qadınların yarışında Sumqayıt-1 qalib gəlib. Bakı-1 komandası 2-ci yeri tutub. Bakı-2 və Sumqayıt-2 3-cü pillədə qərarlaşıb. Ölkə çempionatına sabah yekun vurulacaq. Fərqlənən idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin ASTF-nin mükafatları təqdim olunacaq.

Qabil YUSİFOĞLU
XQ

Избранный
17
7
xalqqazeti.az

10Источники