RU

“Adidas”dan Yamal üçün xüsusi hazırlıq: Ürəkləri sındıracaq

“Adidas” şirkəti “Barselona”nın ulduzu Lamin Yamal üçün yeni fərdi F50 butslarını rəsmi şəkildə təqdim edib.

Publika.az xəbər verir ki, Seriya “Heartbreaker” adlanır. Bu ad Laminin driblinqi və sürəti ilə müdafiəçilərin ürəyini sındıracağına işarədir.

Dizayn ağ-qara-qırmızı rəng çalarlarında hazırlanıb. Model sevgi və ehtirasın rəmzi sayılan qızılgül qrafikası ilə bəzədilib. Butsların konsepsiyası Müqəddəsi Georgei günü ənənəsinə əsaslanır. Barselonada bu gün sevgi və kitab bayramı kimi qeyd olunur və şəhər sözün əsl mənasında çiçəklərə qərq olur.

Təqdimat mərasimi də simvolik alınıb. Yamal xüsusi fotosessiyada iştirak edib və kadrlar zamanı o, sözün həqiqi mənasında qızılgüllər yağışı altında qalıb. Fotolar qısa müddətdə sosial şəbəkələrdə yayılaraq futbolçunun yeni imicini ön plana çıxarıb.

Избранный
28
50
publika.az

10Источники