RU

SEPAH İraq Kürdüstanında kürd silahlı dəstələrinə raket zərbələri endirdiyini açıqlayıb

BAKI, 5 mart. TELEQRAF

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq Kürdüstanında yerləşən kürd silahlı dəstələrinin mövqelərinə raket zərbələri endirdiyini bildirib.

Teleqraf xəbər verir ki, SEPAH-ın qərargahının yaydığı açıqlamaya görə, İraq Kürdüstanında fəaliyyət göstərən antiiran kürd qruplaşmalarının mövqeləri hədəfə alınıb.

“SEPAH İraq Kürdüstanında yerləşən antiiran kürd qruplaşmalarının mövqelərinə raket zərbələri endirib”, - deyə qurumun bəyanatında bildirilir.

“Al Mayadeen” telekanalının yaydığı məlumata görə, İran hərbçiləri İraqın şimalında yerləşən kürd silahlı dəstələrinin mövqelərinə üç raket zərbəsi endirib.

Избранный
41
8
teleqraf.com

9Источники