RU

Pentaqon rəsmisi: ABŞ Ukraynadakı münaqişəni sona çatdırmaq istəyir

BAKI, 5 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynadakı münaqişəni başa çatdırmaq məqsədinə sadiq qalır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirinin siyasi məsələlər üzrə müavini Elbric Kolbi bildirib.

“Biz hamımız prezidentin onun mənəvi borcu hesab etdiyi faciəvi qarşıdurmanı dayandırmaq istəyini bölüşürük”, – Kolbi deyib.

Bundan əvvəl Almaniya kansleri Fridrix Merts Donald Trampla görüşü zamanı Ukraynadakı münaqişənin mümkün qədər tez başa çatmalı olduğunu bildirib.

Избранный
31
1
teleqraf.com

2Источники