RU

Memati nin xanımı da Yeraltı na gəlir FOTOLAR

ain.az bildirir, Demokrat.az portalına istinadən.

"Kurtlar Vadisi Pusu" serialında canlandırdığı Qamze Güneş obrazı ilə tanınan Didem Taslan uzun fasilədən sonra yenidən kameralar qarşısına keçib. Tədbirlərdən birinə qatılan keçmiş model həm görünüşü ilə diqqət çəkib, həm də keçmiş layihələri barədə səmimi fikirlərini bölüşüb.Demokrat.az xəbər verir ki, aktrisa illər keçməsinə baxmayaraq hələ də ən çox bu rolu ilə xatırlandığını bildirib. Belə güclü layihədə yer almağın böyük şans olduğunu qeyd edən Didem Taslan insanların onu hər zaman Qamze kimi tanımasından şikayətçi olmadığını vurğulayıb. Lakin o etiraf edib ki, bu cür uğurlu işlərdən sonra rol seçərkən daha diqqətli davranmağa başlayıb.Xaricdə də tanındığını deyən Didem Taslan xüsusilə Misirdə gördüyü maraqdan məmnun qalıb. Beynəlxalq səviyyədə tanınmağın onun üçün ayrı xoşbəxtlik səbəbi olduğunu ifadə edib.Didem Taslan eyni zamanda ssenarist Raci Şaşmazın imzasını daşıyan "Yeraltı" serialını bəyəni ilə izlədiyini söyləyib. Ekran işində Uraz Kaygılaroğlunun performansını yüksək qiymətləndirən aktrisa zarafatla "Mən də mafiya qadını olaraq həmin layihədə yer almalıydım" sözlərini işlədib.Xarici görünüşü ilə illərə meydan oxuyan Didem Taslan yeni və güclü layihələrdə iştirak etməyə hazır olduğunun siqnalını verib.Həmçinin oxu:

13-cü dəfə burun əməliyyatı oldu

Xəyalə Quliyeva “Maşın Şou”da qazandığı avtomobili məhkəmədə uduzdu

'Elif' əri öləndən sonra ilk dəfə bu şəxslə münasibətə başladı — FOTOİsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
51
demokrat.az

1Источники