RU

Şair Səidə Sübhi: Ədəbi tədbirlər ədəbiyyat və poeziya həvəskarlarını bir araya gətirir

Bakı, 5 mart, Anara Axundova, AZƏRTAC

Mən, bir şair kimi ədəbi tədbirlərlə çox maraqlanıram və tez-tez orada iştirak edirəm. Əminəm ki, belə mədəni təşəbbüslər həm iştirakçılar, həm də ziyarətçilər üçün mühüm əhəmiyyət daşıyır.

Bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan Yazıçılar Birliyinin üzvü, çoxsaylı respublika və beynəlxalq poeziya müsabiqələri və festivallarının iştirakçısı və laureatı Səidə Sübhi söyləyib.

“Belə tədbirlər ədəbiyyat və poeziya həvəskarlarını bir araya gətirir və müəlliflərə öz yaradıcılıqlarını bölüşmək imkanı yaradır. Bundan əlavə, ədəbi görüşlər sayəsində müəlliflər bir-biri ilə tanış olur və həmfikir insanların icması formalaşır”, – deyə həmsöhbətimiz qeyd edib.

Onun sözlərinə görə, ədəbi tədbirlər gənc nəslin diqqətini də cəlb edir ki, bu da cəmiyyətin mədəni inkişafına müsbət təsir göstərir.

“Belə tədbirlərə qatılmağın böyük üstünlüklərindən biri müasir Azərbaycan şairlərinin yaradıcılığı ilə tanış olmaq imkanıdır. Ölkəmizdə diqqətəlayiq çoxlu parlaq, istedadlı və perspektivli müəlliflər var”, – deyə o vurğulayıb.

Избранный
20
1
azertag.az

2Источники