RU

Bakıda məşhur restoran söküləcək

Bakı şəhəri Nizami rayon Bəkir Çobanzadə küçəsində yerləşən "Xan bağı" restoranı söküləcək.
BUTA.TV Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı "Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən məhkəməyə müraciət olunub. Bildirilir ki, "Xan bağı" restoranın bir hissəsi "Azəriqaz” İB-nin Nizami Qaz İstismarı Sahəsinə məxsus d-377 mm-lik orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonasının üzərinə düşüb. Məhkəmə "Azəriqaz” İB-nin tələbini əsaslı sayaraq sözügedən restoranın sökülməsi ilə bağlı qərar qəbul edib. Qərara əsasən, fiziki şəxs Namiq Xankişi oğlu Qaybalıyevə məxsus "Xan bağı " restoranı sahibkarın öz hesabına sökülərək mühafizə zonasından çıxarılmalıdır.

Namiq Qaybalıyevin məhkəmə qərarından narazı qaldığı bildirilir.

Избранный
17
19
buta.tv

10Источники