RU

Levandovski qoruyucu maskada məşqlərə başladı

ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Levandovski qoruyucu maskada məşqlərə başladı

"Barselona"nın hücumçusu Robert Levandovski ağır zədədən sonra kataloniyalıların heyətində məşqlərə başlayıb.

QOL.az xəbər verir ki, klubun yaydığı məlumata görə, polşalı forvard məşqlər zamanı xüsusi qoruyucu maskadan istifadə etmək məcburiyyətində qalıb.

Xatırladaq ki, təcrübəli hücumçu La Liqanın 26-cı turunda keçirilən "Vilyarreal"la matçda (4:1) zədələnib. Futbolçuya sol göz yuvasının daxili sümüyünün sınığı diaqnozu qoyulub.

Qeyd edək ki, cari mövsümdə "Barselona"nın heyətində bütün turnirlərdə 32 oyuna çıxan Levandovski 14 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
58
3
qol.az

6Источники