RU

Ayxan Abbasov: “Dörd gündən bir oynamaq öz sözünü dedi” – ARENA.AZ

“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Kubokubun 1/4 finalında “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandalar arasında Şamaxıda baş tutmuş ilk oyunda 2:1 hesabıyla qalib gəlmiş Abbasovun kollektivi səfərdəki cavab görüşündə 1:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıblar.

Ayxan Abbasov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Üzücü məğlubiyyət oldu. İlk oyunda qalib gəlsək də, cavab görüşünün çətin olacağını bilirdik. İlk 10 dəqiqə bizim üçün yaxşı olmadı. 10-cu dəqiqədən sonra həm qol vurduq, həm də qol epizodlarımız oldu. İkinci hissədə rəqibin təzyiqini gözləyirdik. Müdafiə planında səhvlər etdik. Buna baxmayaraq, uşaqlar sona qədər vuruşdular. Sonuncu dəqiqədə penaltini yerinə yetirə bilsəydik, bəlkə əlavə vaxtda şanslarımız olardı. Dörd gündən bir oynamaq öz sözünü deyir. Kubok bizim üçün bitdi. Rəqibi təbrik edirəm. Premyer Liqanın 3-cü dövrəsinə hazırlaşacağıq.

Bizdə iki penalti vuran var – Rikardo Apolinario və Kərim Rossi. Rikardo da bir kubok oyununda penaltini vura bilməmişdi. Kərim 3 penalti yerinə yetirib. Yorğunluq, oyunun stressi var idi. Qismət”.

Abbasov Premyer Liqanın son oyunundan sonra Peşəkar Futbol Liqası ilə bağlı açıqlamalarına da aydınlıq gətirib:

“PFL-lə danışıqlarımız oldu. Hamımız istəyirik ki, meydançalarımız yaxşı olsun, şərait gündən-günə inkişaf etsin. PFL-də çalışanlarla bizim çoxdan əlaqəmiz var. Bir anlaşılmazlıq olmuşdu. Bir-birimizi başa düşdük, heç bir problem yoxdur”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
12
7
arena.az

10Источники