RU

İran hərbi gəmisinin batması nəticəsində azı 80 nəfər ölüb

London, 4 mart, AZƏRTAC

Şri-Lanka sahilləri yaxınlığında İran Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin batması nəticəsində azı 80 nəfər ölüb.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu barədə Şri-Lankanın xarici işlər nazirinin müavini yerli televiziya kanalına açıqlamasında bildirib.

Bildirilib ki, hadisə Hind okeanında baş verib. Şri-Lanka Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi daha əvvəl gəminin sənədlərinə əsasən, onun göyərtəsində ümumilikdə 180 nəfərin olduğu ehtimal edildiyini açıqlamışdı. Şri-Lanka donanması İranın “IRIS Dena” adlı hərbi gəmisindən daxil olan fövqəladə siqnal əsasında həyata keçirilən xilasetmə əməliyyatı zamanı 32 nəfəri sudan çıxara bilib.

Rəsmi rəqəmlər təsdiqlənərsə, hazırda təxminən 68 nəfərin taleyi naməlum olaraq qalır.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Избранный
70
7
azertag.az

8Источники