RU

Qazaxıstan infrastrukturun mühafizəsini gücləndirir

Astana, 4 mart, AZƏRTAC

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev həyat təminatı obyektlərinin, nəqliyyat, enerji və kommunal infrastrukturun, o cümlədən aeroportların, dəniz və çay limanlarının təhlükəsizliyinin gücləndirilməsi barədə tapşırıq verib.

AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, Baş nazirə, güc strukturlarının rəhbərlərinə, “Samruk-Kazına” Milli Rifah Fonduna, milli şirkətlərə və regionların icra orqanlarına bununla bağlı müvafiq tapşırıq verilib.

Bu işə kuratorluq Təhlükəsizlik Şurasının katibinə həvalə olunub.

 
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Избранный
26
1
azertag.az

2Источники