RU

Əmək münasibətlərində gender bərabərliyi prinsipləri qanunvericilikdə xüsusi yer tutur

Bakı, 4 mart, AZƏRTAC

Ölkədə əmək münasibətlərinin gender bərabərliyi prinsipləri əsasında qurulmasının, qadınların məşğulluq imkanlarının genişləndirilməsinin və daha yüksək əmək haqqı ödənilən sahələrdə çalışmasının təmin edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mövcud qanunvericiliyin təkmilləşdirilməsi üzrə işlər aparılıb.

AZƏRTAC xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev parlamentdə “Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

O vurğayıb ki, Əmək Məcəlləsinin 150-dən çox maddəsinə dəyişikliyi ehtiva edən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun təsdiq edilib. Bu Qanunda “Ailə vəzifələri olan işçi”, “Distant (məsafədən) iş” anlayışları və əmək funksiyalarının distant (məsafədən) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtləri ilə bağlı müddəalar, habelə hamiləliyə və doğuşa görə arvadı məzuniyyətdə olan kişilərə tibb müəssisəsinin arayışı əsasında doğuş gününə təsadüf edən ərəfədə 14 təqvim günü müddətində ödənişli məzuniyyətin verilməsi, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəl hissəsinin müddətinin doğuş gözlənilən gündən uşağın faktiki doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılması və digər mühüm dəyişikliklər öz əksini tapıb.

“Həmçinin qadınların ictimai fəallığının artırılması, təhsil, məşğulluq, iqlim dəyişiklikləri ilə mübarizə və media sahələrində gender aspektlərinin nəzərə alınması, bu məqsədlə normativ hüquqi bazanın, institusional mexanizmlərin təkmilləşdirilməsi və gender bərabərliyi mədəniyyətinin təbliğinin gücləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə gender bərabərliyi üzrə 3 illik Milli Fəaliyyət Planı təsdiq edilib”, - deyə nazir müavini bildirib.

Fotoqraf: Aydın Məmmədov

Избранный
19
2
azertag.az

3Источники