RU

Həddindən artıq şəkər qəbulu bu fəsadlarıYARADIR

Onkoloq Vladimir İvaşkov şəkərin eyni anda 13 növ xərçəng riskini artırdığını bildirib.

Redaktor.az xəbər verir ki, o, bu barədə şirniyyat sevənləri "YouTube" kanalında xəbərdar edib.

İvaşkovun sözlərinə görə, rasionda şəkərin həddindən artıq olması orqanizmdə xroniki iltihaba səbəb olur. Nəticədə xərçəng hüceyrələrinin inkişafı üçün əlverişli mühit yaranır. “Onlar böyümə və yayılma üçün iltihab siqnallarından istifadə edirlər”, – deyə həkim izah edib.

Bundan əlavə, mütəxəssis şəkəri piylənmə epidemiyasının əsas səbəbkarı adlandırıb. Onun sözlərinə görə, artıq çəki ən azı 13 növ xərçəngin yaranma riskini artırır. “ABŞ-də bütün onkoloji diaqnozların 40 faizi artıq çəki ilə əlaqəlidir. Bu, olduqca böyük rəqəmdir”, – deyə İvaşkov vurğulayıb.

Aytəkin TOFİQQIZI

Избранный
16
1
redaktor.az

2Источники