RU

Türkiyədən raket hücumu ilə bağlı AÇIQLAMA

Ajans.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Burhanəddin Duran İrandan Türkiyəyə ballistik raketin atılması ilə bağlı deyib. “Qarşılaşa bilinəcək düşməncəsinə atılmış addımlara beynəlxalq hüquq çərçivəsində lazımi cavab veriləcək. Bu prosesdə NATO və müttəfiqlərimizlə məsləhətləşmə və əməkdaşlıq davam etdiriləcək.

Bütün tərəflərə regionda gərginliyi artıra və münaqişələrin daha geniş əraziyə yayılmasına səbəb ola biləcək addımlardan çəkinmələri ilə bağlı xəbərdarlığımızı bir daha təkrarlayırıq. Tərəflərin məsuliyyətli davranması böyük əhəmiyyət daşıyır”, - Duran bildirib.

Избранный
7
1
Ajans.az

3Источники