RU

“Azərbaycanın balanslı siyasəti regionumuza davamlı sülh və inkişaf gətirir“ DEPUTAT DANIŞDI

Sia Az saytından alınan məlumata görə, ain.az bildirir.

“Azərbaycan regionda sülh və təhlükəsizliyin yaranmasında keçdiyi yol və apardığı balanslı xarici siyasətlə dünyada bir nümunə yaratmışdır”.

Bu sözləri SİA -ya açıqlamasında Millət Vəkili Azər Badamov bildirib.

Onun sözlərinə görə, biz bu gün regionumuza baxsaq, görərik ki, qonşu ölkələrimiz müharibə və ictimai-siyasi gərginlik içindədir:

”Amma Azərbaycan sabitlik adasıdır və həm regionumuzda, həm də regionumuzdan kənarda sülhün, təhlükəsizliyin və əməkdaşlığın yaranmasına töhfə verir.

Azərbaycan Yaxın Şərqdə yaranmış gərginlik və İranda müharibənin başlanması nəticəsində təxliyə olunan xarici ölkə vətəndaşlarının qəbulunu həyata keçirir. Bu gün təxliyə üçün regionun ən təhlükəsiz ölkəsi Azərbaycan hesab olunur. Müharibənin davam etdiyi qısa bir zamanda Astara keçid məntəqəsindən yüzlərlə xarici vətəndaş ölkəmizə daxil olmuş və onlara yüksək səviyyədə humanitar dəstək göstərilir. Azərbaycan həm regionda sülh yaradır, həm də digər ölkə vətəndaşları üçün ən təhlükəsiz məkanlardan birinə çevrilir. İranı tərk edən xarici ölkə vətəndaşlarına dövlətimizin göstərdiyi yüksək diqqət həmin ölkələrin rəsmi nümayəndələri tərəfindən də yüksək qiymətləndirilir.

Son üç gündə Xarici İşlər naziri Ceyhun Bayramovla xarici həmkarları arasında davamlı telefon danışıqlarının baş tutduğunu müşahidə edirik. Telefon danışıqları zamanı ölkəmizin vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə təşəkkürlər ifadə olunur. Eyni zamanda tərəflər Yaxın Şərq regionunda mövcud gərgin təhlükəsizlik vəziyyətini, artan hərbi eskalasiyanı, müharibənin dayandırılması və diplomatiyaya üstünlük verilməsi məsələlərini müzakirə edirlər.

Bu gün Azərbaycan regionun əsas aktorlarından biri hesab olunur. Biz 30 ilə yaxın müharibə şəraitində yaşamış olsaq da, pozulmuş hüquqlarımızı beynəlxalq hüquq çərçivəsində bərpa edərək regiona sülh gətirdik və dünya üçün yeni bir nümunə yaratdıq. Azərbaycan münaqişə və müharibə yaşayan ölkələri dialoqa və diplomatiyaya çağırır, sülhün yaranması üçün təşəbbüslər irəli sürür. Hətta bir-biri ilə düşmən münasibətində olan dövlətlərin barışması üçün vasitəçilik təşəbbüsləri göstərir. Azərbaycan az sayda ölkələrdəndir ki, qarşılıqlı ziddiyyət yaşayan dövlətlərlə eyni zamanda dostluq münasibətləri quraraq onları strateji tərəfdaşlıq səviyyəsinə yüksəldə bilmişdir. Ölkəmizin əməkdaşlıq siyasəti müstəqildir və hər hansı başqa dövlətin maraqlarına qarşı yönəlməyib. Azərbaycanın balanslı siyasəti regionumuza davamlı sülh və inkişaf gətirir və beynəlxalq səviyyədə yüksək qiymətləndirilir”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
3
1
sia.az

2Источники