RU

ABŞ-nin Qətərdəki səfirliyindən təcili təxliyə qərarı

Yaxın Şərqdə hərbi gərginliyin kəskinləşməsi fonunda ABŞ-ın regiondakı diplomatik nümayəndəliklərində təhlükəsizlik tədbirləri ən yüksək səviyyəyə çatdırılıb. 

“Yeni Sabah” xəbər verir ki, ABŞ-nin Qətərdəki səfirliyi öz əməkdaşlarının ölkəni tərk etməsi ilə bağlı rəsmi xəbərdarlıq yayıb.

Bu qərarın qəbul edilməsinə əsas səbəb kimi son günlər regionda yerləşən ABŞ hərbi bazalarının ardıcıl şəkildə hədəf alınması göstərilir. Xüsusilə PUA və raket hücumlarının artması diplomatik korpusun təhlükəsizliyi üçün ciddi risklər yaradıb. Bu addım həm də ABŞ-nin regiondakı strateji obyektlərini qorumaq və mümkün insan itkilərinin qarşısını almaq məqsədi daşıyır. Hazırda səfirlik işçilərinin və onların ailə üzvlərinin təhlükəsiz şəkildə təxliyə edilməsi prosesinə başlanılıb.

Aytac Əliyeva


Telegram kanalımız
Избранный
25
yenisabah.az

1Источники