RU

Naxçıvana təyin olunan nazir kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Fərid Bağırzadə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunub. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qərar qəbul edilib.

Ölkə.az F.Bağırzadənin dosyesini təqdim edir:

1994-cü ildə Bakı şəhərində anadan olub.

2016-cı ildə Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin İnformasiya texnologiyaları ixtisası üzrə bakalavr pilləsini bitirib.

2021-ci ildə Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsinin İdarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr dərəcəsi alıb.

2016-2018-ci illər ərzində “Azeri Retail” Məhdud Məsuliyyətli Cəmiyyətinin Əmtəə dövriyyəsi və logistika departamentində, 2019-2023-cü illər ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyində müxtəlif vəzifələrdə çalışıb. DOST Agentliyinin Maliyyə və mühasibatlıq departamentinin Aktivlərin uçotu şöbəsinin müdiri vəzifəsində işləyib.

Hazırkı vəzifəsinə qədər Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləyib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Həmidə İbrahimova

Избранный
17
24
olke.az

10Источники