RU

Azərbaycan və Avstriya arasında ticarət dövriyyəsinin artırılması hədəflənir

Avstriyanın İqtisadiyyat, Enerji və Turizm üzrə Federal Nazirliyinin Baş katibi ilə ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi, sənaye əməkdaşlığı və s. məsələlər müzakirə olunub.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Avstriyanın İqtisadiyyat, Enerji və Turizm üzrə Federal Nazirliyinin Baş katibi Severin Qruber ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli iqtisadi əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb. Tərəflər ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi və birgə layihələrin reallaşdırılması imkanlarını nəzərdən keçiriblər. İşğaldan azad edilmiş ərazilərdə Avstriya şirkətləri ilə əməkdaşlıq, sənaye, kənd təsərrüfatı, enerji, o cümlədən bərpaolunan enerji və humanitar sahələrdə tərəfdaşlığın gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, mövcud potensialdan daha səmərəli istifadə və işgüzar dairələr arasında birbaşa əlaqələrin təşviqi iqtisadi münasibətlərin daha da dərinləşdirilməsinə töhfə verə bilər.

Избранный
14
12
azerbaijan-news.az

10Источники