RU

Vaşinqtonun böyük oyunu Tehranı belə tələyə salmaq istəyir

Turkstan.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yaxın Şərqdə son günlər baş verən hadisələr regionda təhlükəsizlik mühitinin nə qədər həssas olduğunu bir daha göstərdi. Baş verənlər ABŞ-ın xüsusilə Körfəz ölkələrində yerləşən diplomatik və kəşfiyyat obyektlərinin təhlükəsizliyinin tam şəkildə təmin olunmadığı ilə bağlı müzakirələri gücləndirib. Çünki bir neçə gün əvvəl Dubayda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (Central Intelligence Agency/CIA) binası vurulub.

ABŞ xarici ölkələrdə, əsasən də Körfəz ölkələrindəki obyektlərini, diplomatik və kəşfiyyat korpuslarının yerləşdiyi binaları niyə qoruya bilmir?

Globalinfo.az-a danışan politoloq Elnur Ənvəroğlu deyib ki, ABŞ-ın Qətərdə “Al Udeid”, Bəhreyndə “Naval Support Activity Bahrain” (NSA) və Küveytdə “Camp Arifjan” kimi ciddi mühafizə olunan hərbi baza və obyektləri mövcuddur:

“Bu obyektlər çoxqatlı müdafiə sistemləri, hava hücumundan müdafiə kompleksləri və erkən xəbərdarlıq mexanizmləri ilə qorunur. Lakin əsas məsələ odur ki, müasir müharibələr artıq ənənəvi formatdan çıxaraq daha çox asimmetrik və qeyri-ənənəvi üsullarla aparılır. Mövcud məlumatlara əsasən demək olar ki, kiçik ölçülü, ucuz dronların və ya qısa mənzilli raketlərin hava hücumundan müdafiə zamanı tam şəkildə zərərsizləşdirilməsi praktik baxımdan mümkünsüzdür. Bu, hər hansı ordunun bacarıqsızlığından deyil, daha çox müasir müharibələrin və coğrafi reallıqların xüsusiyyətlərindən irəli gəlir”.

Elnur Ənvəroğlu

Politoloq bildirib ki, bu prosesdə digər mühüm məqam ABŞ-ın mövqeyi ilə bağlıdır:

“Müşahidə olunur ki, Vaşinqton Tehranın hücumlarına kifayət qədər güclü cavab vermir. Əsas səbəblərdən biri münaqişənin Körfəz ölkələri daxilində genişmiqyaslı eskalasiyaya çevrilməsinin qarşısını almaq istəyi ola bilər. Bu, qlobal neft və qaz marşrutlarının təhlükəsizliyinin qorunmasına hesablanmış yanaşmadır. Fikrimcə, ABŞ müəyyən mənada şərait yaradır ki, İranın Körfəz ölkələrindəki obyektlərə zərbələri region dövlətlərinin Tehrana münasibətini daha da sərtləşdirsin. Nəticədə Körfəz ölkələri İranı birbaşa təhdid kimi qəbul edərək ABŞ-la təhlükəsizlik əməkdaşlığını gücləndirmiş olur”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
1
icma.az

2Источники