Bildiyimiz kimi Tarix Əliyevin aparıcısı olduğu “Tarixin bir günü” proqramının yayımı dayandırılıb.
Məsələ ilə bağlı Adalet.az-a danışan Tarix Əliyev yenidən aparıcı kimi efirə qayıtmaq istəmədiyini söyləyib:
“Hamı məndən danışır. Hər kəs mənə zəng edir. Ancaq ölkədə daha qlobal problemlər var. Mənim proqramım üç gündür bağlanıb. Uşağımla evdə dincəlirəm. Evimdə rahat oturmuşam, xoşbəxtəm . Efirə qayıtmaq fikrim yoxdur Mənim həyatda hər şeydə, hər yerdə şansım var. Digər həmkarlarımın da verilişləri dayandırılıb. Kazım Sübhani, Elgiz Əkbər də bura daxildir. Təkcə məndən yox, onlardan da fikir soruşun”.
Əntiqə