Doktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər, habelə əcnəbilərin Azərbaycan dili imtahanının nəticələri elan olunub.
Bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 15 fevral 2026-cı il tarixində xarici dillər üzrə fəlsəfə doktoru imtahanı (fevralın 16-da əcnəbilər üçün Azərbaycan dili imtahanı) keçirilib. 19 fevralda isə iddiaçıların danışıq bacarıqları yoxlanılıb.
İmtahan iştirakçıları nəticələr, cavab kartı və yazı işlərinin vizual təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər.
250 iddiaçı xarici dillər (ingilis, alman, fransız), 1 nəfər isə Azərbaycan dili üzrə imtahanda iştirak edib.
89 nəfər xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün müəyyən edilmiş şərtləri ödəyib.