RU

İsrailin F-35 qırıcısı Tehran üzərində İranın YAK-130 təyyarəsini vurdu

İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcı təyyarəsi Tehran səmasında İran Hərbi Hava Qüvvələrinə aid YAK-130 döyüş təyyarəsini vuraraq məhv edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, hadisə hava əməliyyatı zamanı baş verib və İran təyyarəsi hədəfə alınaraq zərərsizləşdirilib.

İsrail tərəfinin açıqlamasına görə, bu hadisə hərbi aviasiya tarixində ilk dəfə olaraq pilotlu F-35 qırıcı təyyarəsinin hava döyüşündə düşmənə məxsus pilotlu təyyarəni vurması kimi qeydə alınıb.

Məlumata görə, vurulan YAK-130 təyyarəsi İran Hərbi Hava Qüvvələrinin arsenalında olan təlim-döyüş təyyarələrindən biridir və müxtəlif döyüş tapşırıqları üçün istifadə olunur.

Aliyə
NOCOMMENT.az

Избранный
25
29
nocomment.az

10Источники