RU

“Heç bir sponsor idmana maliyyə ayırmır”

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“İdman istehsalat deyil, özü-özünü maliyyələşdirə bilmir. Dünyada əsas norma idmanın sponsorlar tərəfindən maliyyələşməsidir. Bu, qanunvericilikdə əks olunmalıdır”. 

"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Milli Məclisin Gənclər və idman komitəsinin təşkil etdiyi 5 Mart – Bədən tərbiyəsi və idman günü ilə bağlı Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə bu gün keçirilən ictimai dinləmədə bildirib. 

“Heç bir sponsor idmana maliyyə ayırmır. Bu onun vergi ənənəsinə mənfi təsir göstərir. Dünyanın bir çox ölkələrində idmana sponsorluq edənlər qanunvericiliklə qorunurlar, qanunla onların müəyyən güzəştləri var. Bu güzəştlər Azərbaycanda da təmin olunmadıqca, sponsor məsələsi qəliz olaraq qalacaq”, - MOK-un vitse-prezidenti bildirib. 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
45
4
cebheinfo.az

5Источники