“İdman istehsalat deyil, özü-özünü maliyyələşdirə bilmir.
Dünyada əsas norma idmanın sponsorlar tərəfindən maliyyələşdirilməsidir. Bu, qanunvericilikdə əks olunmalıdır”.
Sportinfo.az xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
“Heç bir sponsor idmana maliyyə ayırmır. Bu onun vergi ənənəsinə mənfi təsir göstərir.
Dünyanın bir çox ölkələrində idmana sponsorluq edənlər qanunvericiliklə qorunurlar, qanunla onların müəyyən güzəştləri var.
Bu güzəştlər Azərbaycanda da təmin olunmadıqca, sponsor məsələsi qəliz olaraq qalacaq”, - MOK-un vitse-prezidenti qeyd edib.