RU

Rəqsanə ilə Səidə barışdı “Sabah nə olacaq, bilmirik” VİDEO

ain.az, Bakupost portalına istinadən məlumat verir.

Müğənni Rəqsanə İsmayılova bir müddət əvvəl qalmaqal yaşadığı aparıcı Səidə Bəkirqızına müsahibə verib.

Bakupost.az xəbər verir ki, müsahibə “Bax da” “Youtube” kanalında yayımlanıb.

Onlar aralarındakı mübahisəyə aydınlıq gətiriblər. Müğənni aparıcının tənqid etdiyi fotosessiyası ilə bağlı bildirib ki, daha əvvəl bundan da açıq-saçıq şəkilləri olub və həmin vaxt tənqid edilməməsi onda sual doğurub:

“Mənə maraqlı gəldi ki, keçən yay budəfəkindən də açıq-saçıq fotosessiya etmişdim. Sadəcə, siz onu görməmisiniz. Demişdim ki, nə əcəb onda Səidə xanım danışmadı, indi danışdı? Amma yenə də bu sizin işinizdir. Nəinki mən, heç bir sənət adamı deyə bilməz ki, niyə danışırsınız. Tənqid etməlisiniz, mən bu məsələlərə normal baxıram”.

Aparıcı isə cavabında qeyd edib ki, ona düzgün məlumat verilmədiyini düşünür və məsələnin kim tərəfindən, hansı formada çatdırıldığının maraqlıdır.

Rəqsanə isə əlavə edib ki, videonu sonradan izləyib:

“Mən sonradan izlədim. Videolar artıq çəkilib yayımlanmışdı, istədim silim, amma gördüm hər yerdə yayılıb. Dedim, “lənət şeytana”, gərək reaksiya verməzdim. Cavab vermək lazım deyildi”.

Səidə Bəkirqızı isə öz növbəsində bildirib ki, canlı yayımlarında da məsələ ilə bağlı fikirlərini açıqlayıb:

“Mən demişdim ki, Rəqsanə xanımı məhkəməyə verəcəm, hətta onu cəzalandırmasam, sakit dayanmayacam. Çünki mənim üçün müqəddəs olan məsələlərə toxunulmuşdu. Amma çox istəyərəm ki, onun yanında yol göstərən ağıllı insanlar olsun. Söhbət Səidədən getmir. Bu gün məsələni yaxşı və ya pis şəkildə bağlaya bilərik. Sabah nə olacaq, bilmirik. Ola bilər ki, bir daha bir araya gəlmərik. İşiniz ayrıdır, bizim işimiz ayrı. Toyda-filanda görüşmək başqa məsələdir. Amma sabah yenə belə vəziyyət yaransa, istəmərəm səhv edəsiniz. İnsan bəzən ipdən asılı olur və çalışmalısan ki, o ip qırılmasın. Sizin dörd övladınız var, qapıda gözləyən uşaqlarınız var. Bunu məsləhət kimi qəbul edib-etməmək öz işinizdir, amma mütləq əvvəlcə özünüz dinləyin”.

Yasəmən, BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
27
1
www.bakupost.az

2Источники