RU

Səfər etmək bahalaşır: Aviabiletlərin qiyməti artdı VİDEO

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bəzi istiqamətlər üzrə aviabiletlər 20 faizə qədər bahalaşıb.

Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, regionda baş verən hadisələr fonunda xüsusilə Asiya ölkələrinə uçuşlarda qiymət artımı müşahidə edilir.

Turizm məsələləri üzrə ekspert Rəhman Quliyev bildirir ki, Doha və Dubaya birbaşa uçuşların dayanması sərnişinləri alternativ marşrutlara yönləndirib. Bu isə tələbatı artırdığı üçün qiymətlərə də təsir göstərir.

Onun sözlərinə görə, adi vaxtda 1000 manata Asiya ölkələrinə bilet almaq mümkün idisə, indi bu, 1200-1500 manat arasında dəyişir.

Ekspert onu da əlavə etdi ki, İranda baş verən hadisələr təkcə qiymətlərə deyil, ümumi turizm axınına da təsir göstərir. Bəzi turistlər səyahət planlarını təxirə salır və ya istiqaməti dəyişirlər.

Mütəxəssislər hesab edirlər ki, bölgədə sabitlik bərpa olunarsa, aviabiletlərin qiymətində də tədricən normallaşma müşahidə edilə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
7
moderator.az

10Источники