RU

Ərdoğan: Türkiyə regionda sülh üçün çalışır

Xalq qazeti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bölgədə baş verən hadisələr fonunda Türkiyə sülh, əmin-amanlıq və sabitliyin təmin edilməsi üçün fəal səylər göstərir. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada keçirilən tədbirdə çıxışı zamanı bildirib.

Məlumatı “Anadolu” verib. 

Türkiyə lideri bildirib: “Sülh yönümlü diplomatiya vasitəsilə Türkiyə fikir ayrılıqlarını dialoq və danışıqlar yolu ilə ədalətli və bərabər şəkildə həll etmək üçün əhəmiyyətli səylər göstərir”".

Onun sözlərinə görə, Türkiyə “qardaş ölkələr arasında qan tökülməzdən və düşmənçilik baş verməzdən əvvəl bölgəni böhran vəziyyətindən çıxarmaq məqsədi ilə bütün imkanlarını səfərbər edib”.

P.ƏMİRCANOVXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
1
xalqqazeti.az

3Источники