RU

La Liqa klubunda baş məşqçi dəyişikliyi

style='margin-bottom:10px;'>

İspaniyanın “Alaves” klubunda  baş məşqçi dəyişikliyi reallaşıb.

QOL.az xəbər verir ki, La Liqa təmsilçisi Eduardo Koudet ilə qarşılıqlı razılaşma əsasında müqaviləni ləğv edib.

Klubun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib ki, komandanı Kike Sançez Flores çalışdıracaq. 61 yaşlı mütəxəssislə 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb. Kike Sançez buna qədər "Valensiya”, “Atletiko", "Benfika"  və “Xetafe” klublarını çalışdırıb.

Qeyd edək ki, "Alaves" hazırda La Liqada 26 oyundan sonra 27 xalla 16-cı yeri tutur.

Избранный
35
1
teleqraf.com

2Источники