RU

İsrail İran müharibəsi: neftin qiyməti və dolların məzənnəsi dəyişir?

ain.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrail və İran arasında hərbi gərginlik neftin qiymətində və dolların məzənnəsində dalğalanmaları gündəmə gətirib.

Sözügedən müharibə dollar və neftə necə təsir edəcək?

Globalinfo.az-a danışan sabiq maliyyə naziri Fikrət Yusifov deyib ki, ABŞ və İsrailin İrana endirdiyi hərbi zərbələr regionda böyük bir savaşın başlanğıcı deməkdir:

“İran enerji resursları baxımından zəngin ölkədir. Vaxtilə gündə 5 milyon barelədək neft sata bilirdi. Son zamanlar sanksiyalar səbəbindən İranın neft satışı əhəmiyyətli dərəcədə azalıb. Amma buna baxmayaraq, dünya neft bazarında hətta bir milyon barel çatışmazlıq belə qiymətlərdə ciddi dalğalanmalara səbəb olur. Gündəlik dünyada yüz milyon barelədək neft istehlak olunur. Əgər bazara 1-2 milyon barel az təklif olunursa, qiymətlərdə volatillik baş verir. İran kimi bir neft və qaz ölkəsinin bu şəkildə vurulmasının bazara ciddi təsir edəcəyi gözlənilən idi”.

Sabiq nazirin sözlərinə görə, müharibənin bir neçə həftə davam edəcəyi ehtimal olunur:

“Bu müddət ərzində neftin qiymətlərində yüksəlişin davam edəcəyini görmək mümkündür. Amma müharibədən sonra nələr baş verəcək? Əsas məsələ budur. Müharibə nəticəsində ABŞ İran neftinə nəzarət həyata keçiriləcəyi şübhəsizdir. Bu AB faktiki olaraq dünyanın ən böyük neft hasilatçısı, OPEC-in lideri olan Səudiyyə Ərəbistanı ilə yaxın münasibətdə olmaqla, həmçinin Venesuela neftinə əl qoymaq və Kolumbiya neftinin satışını yönəltmək imkanına sahibdir. Bu da göstərir ki, İranın məğlubiyyətindən sonra dünyada neft bazarı faktiki olaraq Amerikanın nəzarətində olacaq. ABŞ Prezidenti Donald Trampın neftlə bağlı strategiyası isə açıqdır”.

Fikrət Yusifov qeyd edib ki, Tramp Amerika üçün ucuz neft və ucuz dollar istəyir:

“Tramp istəyir ki, Amerika iqtisadiyyatı ucuz dollardan və ucuz neftdən istifadə edərək daha da inkişaf etsin. İrandakı hadisələr bitdikdən, ABŞ İran neftinə nəzarəti ələ keçirdikdən sonra neftin qiymətləri qısa müddətdə sürətlə aşağı düşə bilər. Trampın hədəfi neftin qiymətinin ortalama 45, hətta 40 dollara qədər enişini təmin etməkdir. Bunun üçün onun əlində bütün alətlər mövcuddur. Hazırda ABŞ dünyanın ən böyük neft yataqlarına, Venesuela neftinə nəzarət edir və Səudiyyə Ərəbistanı ilə birlikdə neft bazarında istədiyini edə bilir. İranla məsələ bitirildikdən sonra isə Tramp öz enerji strategiyasını rahatlıqla həyata keçirə biləcək”.

Sabiq nazir əlavə edib ki, Azərbaycanın cari il üçün dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar götürülüb:

“Şübhəsiz, hökumət neftin qiymətlərindəki gözləntiləri nəzərə alıb və gələcəkdə qiymətlərin kəskin azalması nəticəsində uyğun addımlar ata biləcək. Dolların məzənnəsinə gəldikcə, hələ ki Azərbaycanda milli valyuta kursu dəyişməyəcək”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
39
globalinfo.az

1Источники