Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai şuraya seçki keçirilib.
ETSN-dən Bizim.Media-ya verilən məlumata görə, nazirlik yanında İctimai şuraya seçkilərin təşkili məqsədilə yaradılmış Seçki Komissiyası tərəfindən açıqlanmış səsvermənin nəticələrinə əsasən, namizədliyini irəli sürmüş 16 nəfərdən 11-i səs çoxluğu qazanaraq İctimai şuraya üzv seçilib.
Seçkinin yekun nəticələrinə əsasən, ETSN yanında İctimai şura aşağıdakı tərkibdə formalaşıb:
1. Amin Məmmədov - “Sudan İstifadə sahəsində Mütəxəssislər” İctimai Birliyi
2. Elman Yusifov - “Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İctimai Birliyi
3. Elşad Əsgərov - “Bioloji Müxtəliflik Mərkəzi” İctimai Birliyi
4. Firuzə Sultan-zadə - “Ekosfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyi
5. İmran Əbdülov - “Dalğa” Ekologiya və Təbiətin Qorunması İctimai Birliyi
6. Müqabil Bayramov - “Azərbaycan Kartoqrafları” İctimai Birliyi
7. Tükəzban Ağababayeva - “EcoHub” Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi
8. Ülvi Məmmədov - IDEA İctimai Birliyi
9. Yusif Abiyev - “Azərbaycan Arıçılar Assosiasiyası” İctimai Birliyi
10. Yusif Poladov - “Qırmızı Ürəklər” Fondu
11. Zurab İsrafilov - “Azərbaycan Təbiəti Mühafizəsi Cəmiyyəti” İctimai Birliyi.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта