RU

Fransa Kiprə freqat və HHM vasitələri göndərəcək

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Fransa Kiprin müdafiəsini gücləndirmək məqsədilə adaya freqat və hava hücumundan müdafiə (HHM) vasitələri göndərəcək.

APA xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron xalqa televiziya müraciəti zamanı bildirib.

Onun sözlərinə görə, qərar Kiprdə yerləşən Böyük Britaniyaya məxsus hərbi bazalara pilotsuz uçuş aparatları ilə zərbələr endirildikdən sonra qəbul edilib.Makron qeyd edib ki, Fransanın “Languedoc” freqatı artıq bu axşam Kipr sahillərinə çatacaq və əlavə HHM vasitələri də adaya göndəriləcək.

Fransa lideri xatırladıb ki, Kipr Avropa İttifaqının üzvüdür və Paris yaxın vaxtlarda bu ölkə ilə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
40
1
apa.az

2Источники