RU

Kike Sançes Flores “Alaves”in baş məşqçisi təyin olunub

İspaniyanın “Alaves” klubu baş məşqçi Eduardo Kudetin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyini açıqlayıb.

İdman.Biz-in məlumatına görə, bu vəzifəni Kike Sançes Flores icra edəcək.

“Valensiya”, “Atletiko Madrid” və “Xetafe”dəki işi ilə tanınan 61 yaşlı məşqçinin müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir. Floresin son məşqçilik vəzifəsi 2024-cü ilin iyun ayında “Sevilya”da olub.

“Alaves” hazırda İspaniya La Liqasının turnir cədvəlində 26 oyundan sonra 27 xalla 16-cı yerdədir. Komanda Eduardo Kudetin rəhbərliyi altında son beş oyunda iki xal qazanıb. “Alaves” növbəti oyununu 8 martda “Valensiya” ilə keçirəcək.

İdman.Biz
Избранный
49
3
idman.biz

4Источники