AZ

Kike Sançes Flores La Liqa klubunda – RƏSMİ

İspaniyanın “Alaves” klubu baş məşqçi Eduardo Kudetin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verildiyini açıqlayıb.

Msport.az xəbər verir ki, bu vəzifəni Kike Sançes Flores icra edəcək.

“Valensiya”, “Atletiko” və “Xetafe”dəki işi ilə tanınan 61 yaşlı məşqçinin müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir. Floresin son məşqçilik vəzifəsi 2024-cü ilin iyununda “Sevilya”da olub.

Qeyd edək ki, “Alaves” hazırda İspaniya La Liqasının turnir cədvəlində 26 oyundan sonra 27 xalla 16-cı yerdədir.

Seçilən
1
3
msport.az

4Mənbələr