RU

BƏƏ həmin xəbəri təkzib etdi

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ABŞ və İsrailə qoşularaq, İrana qarşı hərbi addım atmaq barədə xəbərləri təkzib edib.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə “Axios” məlumat yayıb.

Bildirilib ki, çərşənbə axşamı günü Əbu-Dabi rəhbərliyinin İranın BƏƏ-yə qarşı dron və raket hücumlarına cavab olaraq “görünməmiş addım” atmağı düşündüyü bildirilmişdi. Lakin qısa müddət sonra BƏƏ açıqlama yayaraq, İranın təkrar hücumlarına cavab olaraq müdafiə mövqeyini dəyişdirmək barədə heç bir qərar qəbul etmədiyini bəyan edib.

Bəyanatda qeyd olunur ki, BƏƏ müharibənin tərəfi olmadığını və uzun müddətdir davam edən mehriban qonşuluq siyasətinə, gərginliyin azaldılmasına və BMT Nizamnaməsinə sadiqliyinə uyğun olaraq İrana qarşı hər hansı hücum üçün öz ərazisindən, ərazi sularından və ya hava məkanından istifadəyə icazə verməyəcək.

Eyni zamanda, ölkə beynəlxalq hüquq və BMT Nizamnaməsi çərçivəsində özünümüdafiə hüququnu qoruyacağını vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
80
qafqazinfo.az

1Источники