RU

Rəşad Sadıqov: “Üzərimizdə gərginlik var idi” – ARENA.AZ

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun 1/4 finalında “Sumqayıt”a qarşı keçirdikləri cavab oyununu şərh edib.

Arena.az xəbər verir ki, o, 2:0 hesabı ilə qalib gəldikləri matçdan (ilk oyun 0:0) sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Vacib oyuna çıxmışdıq. Kubok oyunlarının cavab matçları xüsusilə gərgin və stressli olur. Bu qarşılaşmalarda sonradan səhvi aradan qaldırmağa vaxt olmur. Üzərimizdə gərginlik var idi. Futbolçularıma təşəkkür edirəm. Yüksək peşəkarlıq göstərdilər. Bundan sonra kubok və Premyer Liqada əsas mərhələyə giririk. Əvvəlkindən daha çox işləməliyik.

“Sumqayıt”la qısa müddətdə 3 oyun keçirdik. Əvvəlki oyunlardan xüsusi bir fərq yox idi. Hamısı eyni məcrada keçdi. Onlar hücum fazasında güclüdürlər. Rəqibə qol şansı vermədən qalib gəlmək daha önəmli idi. Bu gün də, əvvəlki matçlarda da uduza bilərdik. Onlara uğurlar arzulayıram.

Yarımfinalda “Turan Tovuz”la qarşılaşa bilərik. Onların gücü hamıya bəllidir. Mən də sizin kimi “Turan Tovuz”u yarımfinala daha yaxın görürəm. Amma hələ cavab matçı var. Ondan sonra rəqib haqda fikir bildirə bilərik. İndi “Kəpəz”lə çempionat oyununu düşünəcəyik.

İlk oyun idi ki, tam heyətlə hazırlaşmışdıq. Ən vacibi bu idi. Yetərincə heyətimiz var ki, rotasiya edək. Düşünürəm ki, ehtiyac olduqca, komanda buna hazırdır. Vacib perioda giririk. Mütləq şəkildə hamının oynamaq şansı olacaq. Futbolçular özləri də oynamaq istəyirlər”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Избранный
14
10
arena.az

10Источники