Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Zirə” evdə “Sumqayıt”a qalib gəldi - 2:0.
“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransına əvvəlcə meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov gəlib.
- Olduqca vacib oyun idi. Kubokun cavab matçları gərgin olur. Dörd gündə vacib iki oyun keçirdik. Futbolçularıma təşəkkür edirəm. Bu şəkildə davam etməliyik. Əvvəlkindən daha çox işləməliyik.
- “Sumqayıt”la digər oyunlarınızla indiki arasında fərq var idi?
- Yox, eyni məcrada keçdi. Hücumda güclüdülər. Rəqibə qol şansı vermədən qalib gəlmək daha önəmlidi. Məğlub da ola bilərdik. “Sumqayıt”a uğurlar arzulayıram.
- “Turan Tovuz”a rəqib ola bilərsiz. Bu ehtimal sizi narahat etmir ki ?
- İlk oyunda qələbə qazanıblar. Mən də favorit kimi tovuzluları görürəm. Kubok oyunu haqda düşünməyə vaxt lazım olacaq.
- Heyət istədiyiniz kimidi?
- İlk oyun idi ki, tam heyətlə hazırlaşdıq. Bu gün də müəyyən rotasiyalar etdik. “Qarabağ” və “Karvan-Yevlax”la oyunlarda hər futbolçunun oynamaq şansı olacaq.
MÜZƏFFƏR QULUZADƏ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта