ain.az bildirir, Footbal-plus portalına istinadən.
Bizon ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Zirə” evdə “Sumqayıt”a qalib gəldi - 2:0. “Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransına əvvəlcə meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov gəlib.- Olduqca vacib oyun idi. Kubokun cavab matçları gərgin olur. Dörd gündə vacib iki oyun keçirdik. Futbolçularıma təşəkkür edirəm. Bu şəkildə davam etməliyik. Əvvəlkindən daha çox işləməliyik.- “Sumqayıt”la digər oyunlarınızla indiki arasında fərq var idi?- Yox, eyni məcrada keçdi. Hücumda güclüdülər. Rəqibə qol şansı vermədən qalib gəlmək daha önəmlidi. Məğlub da ola bilərdik. “Sumqayıt”a uğurlar arzulayıram.- “Turan Tovuz”a rəqib ola bilərsiz. Bu ehtimal sizi narahat etmir ki ?- İlk oyunda qələbə qazanıblar. Mən də favorit kimi tovuzluları görürəm. Kubok oyunu haqda düşünməyə vaxt lazım olacaq.- Heyət istədiyiniz kimidi?- İlk oyun idi ki, tam heyətlə hazırlaşdıq. Bu gün də müəyyən rotasiyalar etdik. “Qarabağ” və “Karvan-Yevlax”la oyunlarda hər futbolçunun oynamaq şansı olacaq.MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.