RU

Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında dini-mənəvi həmrəylik yeni mərhələyə yüksəlir  

Türkiyədə səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov martın 3-də Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında dini-mənəvi sahədə əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Komitə sədri Azərbaycanda dövlət-din münasibətləri modeli, dini tolerantlıq və multikulturalizm ənənələri barədə məlumat verib. Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Türkiyədə təşkil olunmuş iftar süfrələrinin xalqlar arasında mənəvi yaxınlığın və qardaşlığın möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. TDT-yə üzv ölkələrin dini sahəyə məsul dövlət qurumları rəhbərlərinin ilk iclasının keçirilməsi ideyası ətrafında müzakirələr aparıldığını diqqətə çatdırıb.

TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev təşkilat çərçivəsində dini və mənəvi dəyərlərin təşviqi istiqamətində əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini qeyd edib. O, Azərbaycan ilə TDT arasında dini-mənəvi sahədə əməkdaşlığın inkişafından məmnunluğunu ifadə edərək, bu istiqamətdə irəli sürülən təşəbbüslərə, o cümlədən üzv ölkələrin dini sahəyə məsul dövlət qurumları rəhbərlərinin ilk iclasının təşkili ideyasına dəstək verməyə hazır olduqlarını bildirib.

Избранный
1
6
azerbaijan-news.az

10Источники