RU

Leyla Əliyeva "Yaşıl enerji layihələri" sessiyasında çıxış etdi

Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 4-cü iclası çərçivəsində "Yaşıl enerji layihələri" sessiyası keçirilib.

Publika.az xəbər verir ki, Leyla Əliyeva tədbirdə çıxış edərək Xəzər dənizinin probleminə toxunub, bunun ildən-ilə daha çox narahatlıq doğuran məsələ olduğunu bildirib.

"Deməliyəm ki, bu problem təkcə bizi və Xəzər dənizi ilə qonşu olan digər ölkələri narahat etmir. Xəzər dənizi əslində daha geniş qlobal ekosistemin güzgüsüdür. Ona görə də əgər Xəzər dənizi problem yaşayırsa, bu o deməkdir ki, dünya ekosistemi də problem içindədir. Əlbəttə ki, bu, böyük narahatlıq doğurur. Ancaq mən yalnız müsbət düşüncənin tərəfdarıyam, ona görə də əminəm ki, biz bir yerdəyik, Xəzər dənizinin səviyyəsinin yenidən qalxması üçün əlimizdən gələni edə biləcəyik və onun Aral dənizi və Urmiya gölü kimi yox olmasına imkan verməyəcəyik", - o əlavə edib.

Leyla Əliyeva son 100 ildə Xəzərdə suitilərin 1 milyondan 200 minə qədər azaldığını qeyd edib.

O, həmçinin ölkəmizin bərpaolunan enerji layihələrinə fəal şəkildə investisiya yatırdığını və məqsədimizin regional yaşıl enerji mərkəzinə çevrilmək olduğunu bildirib.

Избранный
30
9
publika.az

10Источники