AZ

Dan Yorgensen Bakıda SGC və "yaşıl enerji" üzrə iclaslarda Aİ-ni təmsil edəcək - EKSKLÜZİV

Avropa Komissiyasının energetika məsələləri üzrə məsul şəxsi Dan Yorgensen, Cənub Qaz Dəhlizi (SGC) və "yaşıl enerji" mövzularını əhatə edən yüksək səviyyəli toplantılarda iştirak etmək məqsədilə Azərbaycanın paytaxtına gələcək.

Bu barədə "Report"un Avropa bürosuna komissarın ofisindən məlumat verilib.

Səfər planına əsasən, D. Yorgensenin Bakıda bir neçə ikitərəfli görüş keçirməsi və iclasların nəticələrinə dair təşkil olunacaq mətbuat konfransına qatılması nəzərdə tutulur.

Xatırladaq ki, mart ayının ilk günlərində Bakı şəhərində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci toplantısı, eləcə də Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü toplantısı baş tutacaq.

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının nazirlər səviyyəsindəki görüşləri 2015-ci ilin fevralından, Yaşıl Enerji Məşvərət Şurasının iclasları isə 2023-cü ilin fevralından bəri mütəmadi olaraq təşkil edilir.

Cənub Qaz Dəhlizinin əsas funksiyası Xəzər hövzəsində hasil edilən təbii qazın Avropa bazarlarına nəql edilməsidir. Avropa məkanında Azərbaycan qazına olan ehtiyacın yüksəlməsi nəzərə alınaraq, Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəmərinin (TAP) ötürücülük imkanlarının artırılması vasitəsilə bu layihənin miqyasının daha da böyüdülməsi hədəflənir.

Seçilən
12
1
far.az

2Mənbələr