RU

ABŞ vətəndaşlarına Dəhrandakı konsulluğa gəlməmələri ilə bağlı xəbərdarlıq edilib

Vaşinqton, 3 mart, AZƏRTAC

ABŞ-nin Səudiyyə Ərəbistanındakı səfirliyi vətəndaşlarına Dəhran şəhəri üzərində raket və PUA hücumları təhlükəsi olduğuna dair xəbərdarlıq edib.

AZƏRTAC-ın məlumatına görə, vətəndaşlardan konsulluğa gəlməmələri xahiş olunub.

“Evinizdə dərhal ən aşağı mərtəbədə və pəncərələrdən uzaqda gizlənin. Çölə çıxmayın. Konsulluq Dəhrandakı ABŞ vətəndaşlarını öz yerlərində sığınmağa, hücum halında təhlükəsizlik planlarını nəzərdən keçirməyə və gələcəkdə baş verə biləcək əlavə hücumlar halında ayıq-sayıq olmağa çağırır. ABŞ konsulluğunun əməkdaşları öz yerlərində sığınacaq tapıblar”, - deyə açıqlamada deyilir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Избранный
19
azertag.az

1Источники