RU

Nəzərə qarşı istifadə olunan üzərliyə niyə “göz dəydi”? Açıqlama

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dövlət Dəniz və Liman Agentliyi Rusiya Xarici İşlər Nazirliyi tərəfindən daxil olmuş nota əsasında dənizçilərə müraciət edib. Notada bildirilib ki, harmala (üzərlik) bitkisi narkotik tərkibli bitkilər siyahısına daxil edilib. Həmçinin qeyd olunub ki, sözügedən bitkinin qanunsuz dövriyyəsi, saxlanılması və ya qaçaqmalçılığı Rusiya Federasiyası qanunvericiliyinə uyğun olaraq inzibati və cinayət məsuliyyəti yaradır.

Əsrlərdir nəzərə qarşı istifadə edilən, gözdəyməni dəf etdiyi iddia olunan bu bitki ilə bağlı son dövrlər tətbiq edilən qadağaların səbəbi nədir?

Globalinfo.az-a danışan vəkil Mehman Muradlı bildirib ki, bu qərarın əsaslandırılması aydın deyil:

“Görünür, üzərliyin özünə “göz dəyib”. Üzərliyin tərkibində hansı maddənin və hansı əsasla narkotik kimi müəyyən edildiyi barədə konkret izah verilməlidir. Əgər belə bir qərar qəbul olunubsa, elmi və hüquqi əsasları ictimaiyyətə açıqlanmalıdır”.

Milli Məclisin deputatı Fazil Mustafa isə qeyd edib ki, bu qadağanın aradan qaldırması daha məqsədəuyğun olar:

“Lakin bitkinin tərkibində qanunvericiliklə qadağan olunmuş maddələr aşkarlanıbsa, bu halda müvafiq məhdudiyyətlərin tətbiqi başadüşüləndir. Hər bir şəxs səfər etdiyi və ya fəaliyyət göstərdiyi ölkənin qanunlarına hörmətlə yanaşmalıdır”.

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
49
globalinfo.az

1Источники