RU

Karvan Yevlax üçün seminar

ain.az, sport24.az portalına istinadən məlumat yayır.

AFFA Hakimlər Komitəsi "Karvan-Yevlax"ın məşqçi və futbolçu heyəti üçün seminar təşkil edib. Bölgə təmsilçisindən verilən məlumata görə, komitə üzvü Ceyhun Haşımov kollektivi oyun qaydalarındakı yeniliklərlə tanış edib.

O, vaxt itkisinin bərpası, oyundankənar vəziyyət, oyunun bərpasının gecikdirilməsi, geyim standartları barədə ətraflı məlumat verib.

Seminarın ikinci hissəsində müxtəlif qarşılaşmalardan seçilmiş epizodlar müzakirə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
202
9
sport24.az

10Источники