Sabah Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri start götürəcək.
"Football-plus.az" xəbər verir ki, 8 gün davam edəcək yarışda millimiz də mübarizə aparacaq.
Məşqçilər Yadigar Məmmədov, Ceyhun Əbiyev və Elvin Məmişzadə turnirdə Aydın Qasımov (55 kq), Əli Baxışov (60 kq), Vüsal Xəlilov (65 kq), Rza Rzayev (70 kq), Renat Qiyaslı (75 kq), İsmayıl Vəliyev (80 kq), Heydər Əzməmmədov (85 kq), Zaur Səmədov (90 kq) və Səfdər Məmmədzadəyə (+90 kq) şans verəcək.
“Adriatik incisi”ndə İlqar Qasımzadə hakimlər sırasında yer alacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта