RU

2033-cü ilədək 8 GVt bərpa olunan enerji gücü yaradılacaq, elektrik artıqlığı ixrac olunacaq - Cavid Abdullayev

Bakı. Trend:

2030-cu ilədək ümumi gücü 6 giqavata qədər, 2033-cü ilədək isə 8giqavata qədər bərpa olunan enerji layihələrinin reallaşdırılmasıgözlənilir.

Trend xəbərverir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan EnerjiMənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev bu günBakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin12-ci iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 4-cüiclası çərçivəsində çıxışında deyib.

Onun sözlərinə görə, bu genişlənmə nəticəsində yaranacaqelektrik enerjisi artıqlığı hazırda müxtəlif inkişaf mərhələlərindəolan dörd interkonnektor vasitəsilə ixrac edilə bilər: "Buinterkonnektorlar Məşvərət Şurasında geniş müzakirə olunduğundan,onların təfərrüatlarına burada ayrıca toxunmuram.
Hazırda günəş və külək enerjisi ilə paralel olaraq digərbərpaolunan enerji mənbələrinin də araşdırılması istiqamətindəixtisaslaşmış elmi-tədqiqat institutlarının iştirakı ilə işləraparılır".

C. Abdullayev xatırladıb ki, Dünya Bankının dəstəyi iləhazırlanmış və “Geothermal Resource Assessment for Direct UseDevelopments in Azerbaijan” adlı hesabat "Baku Energy Week 2025"çərçivəsində təqdim olunub: "Hesabat ölkə üzrə geotermal enerjiresurslarının hərtərəfli qiymətləndirilməsini təqdim edir, mövcudqanunvericilik bazasını təhlil edir və ətraflı fəaliyyət planınımüəyyənləşdirir.

Hidrogen istehsalı ilə bağlı məsələlərə də xüsusi diqqətyetirmək istərdim. COP29 zamanı Azərbaycan “Milli Hidrogen StratejiBaxış” sənədini təqdim etmişdir. Bu sənəddə yaşıl hidrogenininkişafı üçün üç ssenari - balanslaşdırılmış, sürətləndirilmiş vəambisiyalı - müəyyən edilib. Hər bir ssenari daxili istehlak vəixrac istiqamətlərini, eləcə də "yaşıl hidrogen" istehsalı üçüntələb olunan bərpa olunan enerji gücünü müəyyənləşdirir.

Avropa Yenidənqurma və İnkişaf Bankının texniki dəstəyi ilə bustrateji baxışın ətraflı icra planı hazırlanmaqdadır

Eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycan Qarabağ və ŞərqiZəngəzur iqtisadi rayonlarını, eləcə də Naxçıvanı yaşıl enerjizonaları kimi müəyyən etmişdir. İlk iki zona üzrə əhatəlikonsepsiya və fəaliyyət planı hazırlanmış və icramərhələsindədir.

Konsepsiyanın əsas məqsədlərinə təmiz enerjidən səmərəliistifadə və onun potensial tətbiqinin genişləndirilməsidaxildir".

Məqalədə:
Избранный
32
az.trend.az

1Источники