RU

Türkiyəli jurnalistlər İsraildə saxlanılıb

Türkiyəli

Türkiyənin CNN Türk kanalının müxbiri Emrah Çakmak və operator Halil Kahramanın İsraildə saxlanıldığı bildirilir.

Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhaneddin Duran məlumat verib.

O bildirib ki, jurnalistlərin azadlığa buraxılması üçün lazımi tədbirlər görülür:

“Jurnalist həmkarlarımızın ən qısa zamanda azadlığa buraxılması üçün zəruri addımlar atılır və məsələ həssaslıqla izlənilir”, - o qeyd edib.

Избранный
16
3
xalqcebhesi.az

4Источники