RU

“Sabahın alimləri” müsabiqəsinə 760 layihə təqdim olunub

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 3 mart, AZƏRTAC

“Sabahın alimləri” 15 ildir ki, ölkəmizdə şagird və müəllimlər tərəfindən maraqla qarşılanır. Son iki ildə olimpiadanın qalibi olan şagirdlər dünyanın nüfuzlu ali məktəblərində təhsil alırlar.

AZƏRTAC xəbər verir ki, bunu təhsil institutunun direktor müavini Fuad Qarayev “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsinin rəsmi açılış mərasimində deyib. O bildirib ki, milli finalda ümumtəhsil müəssisələrinin IX–XI sinif şagirdləri riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt istiqamətləri üzrə yarışacaqlar: “Müsabiqə üç mərhələdən ibarətdir. Qeydiyyatdan keçən şagirdlərin layihələri Elmi Ekspertiza Komitəsi tərəfindən qiymətləndirilir. Müsabiqəyə ümumilikdə 760 layihə təqdim olunub. Onlardan 152-si final mərhələsinə vəsiqə qazanıb. Bu layihələrdən 25-i fərdi, 127-si isə kollektivdir.

Finala yüksələn layihələr arasında xüsusilə ekologiya və ətraf mühitin idarə olunması, robototexnika və süni intellekt, kimya və mühəndislik istiqamətləri üzrə rəqabətin yüksək olacağı gözlənilir.

Ümumilikdə final mərhələsində iştirak edən şagirdlər 126 ümumtəhsil məktəbini təmsil edirlər. Onlardan 42 məktəb Bakının, 84-ü isə regionların payına düşür. Müsabiqədə elmi tədqiqat tələb edən layihələrlə 10 kənd məktəbinin şagirdləri də təmsil olunur”.

Fuad Qarayev qeyd edib ki, IX sinif üzrə müraciət edən 404 şagirddən 85-i, X sinif üzrə 546 şagirddən 115-i, XI sinif üzrə isə 303 şagirddən 79-u final mərhələsinə vəsiqə qazanıb.

Aysel Azadqızı - müxbir

Mirrəsul Cəfərov - operator

İlkin Cavanşirov – fotoqraf

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
4
2
azertag.az

3Источники