RU

Hizbullah ın daha bir rəhbər şəxsi öldürüldü

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

İsrail Müdafiə Qüvvələri Beyrutda "Hizbullah" qruplaşmasının başçılarından biri Raça Xəzaini məhv edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib.

Qeyd olunur ki, Xəzai "Hizbullah" qruplaşmasının hakimiyyətinin möhkəmləndirilməsində əsas fiqur hesab edilirdi.

"O, "Hizbullah" ilə İran arasındakı münasibətlərə, xüsusən də təşkilatın ehtiyaclarının əlaqələndirilməsinə cavabdeh idi. O cümlədən İran silahları və texnikası hesabına gücləndirilmə, təşkilatın möhkəmləndirilməsi planının həyata keçirilməsi və əvvəlki əməliyyatlarından sonra onun bərpasına", - məlumatda deyilir.

Mətbuat xidmətində qeyd ediblər ki, Xəzai öz vəzifələri çərçivəsində İrandan Livana silah daşınması marşrutlarının qurulmasına kömək edib və "Hizbullah"ın Livan ərazisində silah istehsalı planlarına rəhbərlik edib.(Report)

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
3
cebheinfo.az

4Источники