AZ

"Hizbullah"ın daha bir rəhbər şəxsi öldürüldü

İsrail Müdafiə Qüvvələri Beyrutda "Hizbullah" qruplaşmasının başçılarından biri Raça Xəzaini məhv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib.

Qeyd olunur ki, Xəzai "Hizbullah" qruplaşmasının hakimiyyətinin möhkəmləndirilməsində əsas fiqur hesab edilirdi.

"O, "Hizbullah" ilə İran arasındakı münasibətlərə, xüsusən də təşkilatın ehtiyaclarının əlaqələndirilməsinə cavabdeh idi. O cümlədən İran silahları və texnikası hesabına gücləndirilmə, təşkilatın möhkəmləndirilməsi planının həyata keçirilməsi və əvvəlki əməliyyatlarından sonra onun bərpasına", - məlumatda deyilir.

Mətbuat xidmətində qeyd ediblər ki, Xəzai öz vəzifələri çərçivəsində İrandan Livana silah daşınması marşrutlarının qurulmasına kömək edib və "Hizbullah"ın Livan ərazisində silah istehsalı planlarına rəhbərlik edib./Report

Seçilən
6
3
bakivaxti.az

4Mənbələr