RU

“Neftçi”də “fırtına” qopardı, Samuel Etoya çağırış etdilər - Onu milliyə qaytar!

Vensan Abubakar “Neftçi”dəki performansı ilə ölkəsi Kamerunda diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, son olaraq Misli Premyer Liqasının 22-ci turunda “Şamaxı” ilə səfərdəki görüşdə dubl edən ulduz əvvəlki formasını bərpa etmək üzrədir.

34 yaşlı hücumçu çempionatda keçirdiyi 12 oyunda aktivinə 6 qol yazdırıb ki, bununla milliyə qayıtmağa hazır olduğunu göstərib.

Kamerun futbol ictimaiyyəti yerli futbol federasiyasının prezidenti Samuel Etonu bu məsələdə obyektiv olmağa çağırıb.

Mütəxəssislər hesab edir ki, millinin uğuru naminə Abubakar yenidən heyətə cəlb olunmalıdır.

Çünki Eto milli tarixinin ən məhsuldar futbolçusu ünvanını itirmək qorxusu yaşadığı üçün Abubakarın dəvət edilməsinə qarşıdır.

Vensan Abubakar ötən ilin oktyabrından “Neftçi”nin formasını geyinir.

Избранный
32
sportinfo.az

1Источники